Təhsil eksperti ilə İctimai Şura arasında QALMAQAL
1-02-2022, 19:31
"Təhsil Nazirliyi yanında İctimai Şura mənə qarşı qarayaxma kampaniyası aparır".
Bunu Cebhe.info-ya tanınmış təhsil eksperti Kamran Əsədov deyib
Ekspertin sözlərinə görə, bunlar Şuranın fəaliyyətindəki boşluqları dilə gətirdiyi üçüm bunlar baş verir: "Əslində fəaliyyətləri ictimai iştirakçılar haqqında qanunvericiliyin tələblərinə ziddir. Müəyyən məsələlərlə bağlı danışıqların gözlənilən istiqamətdə olmadığını görürəm. Məqsədləri Təhsil Nazirliyinə "bəy tərifi" etməkdir. Mövcud problemlərin aradan qaldırılması ilə bağlı təkliflərlə çıxış etmək yerinə boş- boş, formal xarakterli görüşlər edirlər. Mən onları sözün həqiqi mənasında işləməyə dəvət etmişəm. Bu da onların xoşuna gəlməyib".
Üçüncü şəxslər tərəfindən onunla əlaqəsi olmayan videoların yayıldığını deyən təhsil eksperti sözugedən şəxslərin hər eynəklə gördükləri adamı Kamran Əsədov kimi sosial şəbəkələrə təqdim etməyə çalışdıqlarını bildirib:
"Onlardan bir-ikisinin “qulağını buran” zaman, mənə dedilər ki, bu, bizə göndərilib. Yəni sifarişdir. Ayıbdır! Mübarizə aparırsınız, kişi kimi aparın. Həqiqətən də məqsəd təhsilin inkişafıdırsa, buyurun. Hələ bunun arxasınca utanmadan mənə zəng edirlər ki, İctimai Şuranın görüşü var, sizi dəvət edirik. Belə hərəkətlər mənə qarşı həmişə olub. Sadəcə adamın işinə heyfinə gəlir".
Məsələ ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova ilə əlaqə saxladıq. O, təhsil ekspertinin ittihamlarına faktlar təqdim ediləcəyi təqdirdə cavab veriləcəyini, mövzunun araşdırılacağını bildirdi.
Şəlalə Babayeva
Cebhe.info