Yoluxmuşuq, ya yox: Bunu bilmədən peyvənd vurdursaq nə olar?

1-02-2022, 19:15           
Yoluxmuşuq, ya yox:
Ölkəmizdə yoluxma sayında ciddi artım müşahidə olunur.

31 yanvar statistikasına görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 186 yeni yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 658 470 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 625 023 nəfər müalicə olunaraq sağalıb, 8 734 nəfər vəfat edib, aktiv xəstə sayı 24 713 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 232, ötən müddət ərzində isə ümumilikdə 6 156 388 test aparılıb. Fevralın 15-dən isə buster doza ilə bağlı yeni qaydalar qüvvəyə minir.

Maraqlıdır, virisa yenicə yoluxan və immun sistemi yaranan şəxslərin buster doza vurdurması probem yarada bilərmi?

Teref.az yazır ki, məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında tobb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov deyib ki, peyvəndin xəstəlikdən dərhal sonra vurulması elə də problem yaratmır:

“Çünki peyvəndin vurulması mexanizmi elə hazırlanıb ki, o, 1 ay müddətində bədəndə antitelləri formalaşdırır. Həmin antitelləri orqanizm xəstəlik olan zaman da formalaşdırır. Onsuz da ölkədə əhalinin böyük qismi qeydiyyatdan keçmədən öz şəxsi həkiminə müraciət edərək müalicə alır. Çox adam buna görə portaldan kənarda qalır. Qeydiyyatı olmayanlar hökumət üçün də çətinlik yaradır. Onlar bilmir ki, xəstə düz deyir, yoxsa yalan danışır. Amma vurdursalar, problem yaranmır. Çox xəstə sağaldıqdan sonra peyvənd vurdurub və bu, elə bir problem yaratmayıb".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.