Səhiyyə qurumları koronavirusa görə iki testin verilməsi tələbinin qanuni olub-olmadığını izah edə bilmir

2-02-2022, 08:37           
Səhiyyə qurumları koronavirusa görə iki testin verilməsi tələbinin qanuni olub-olmadığını izah edə bilmir
Fevralın 1-də Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi vətəndaşların müraciətlərilə bağlı birgə bəyanatla çıxış ediblər.

Vətəndaşlar şikayətlənirlər ki, bəzi özəl laboratoriyalarda onlara COVİD üzrə iki testdən keçməyi təklif edirlər. Bu, onunla izah olunur ki, birinci test şəxsin yoluxub-yoluxmadığını, ikinci test isə “omikron” ştammının olub-olmadığını müəyyən etmək üçün lazımdır. Eyni zamanda, vətəndaşlardan hər iki test üçün ödəniş tələb edirlər.

Səhiyyə Nazirliyi özəl klinikaların tələbinin doğru olub-olmadığını izah etmək əvəzinə COVİD-19-un müalicə üsullarının eyni olduğunu və koronavirus ştammından asılı olmadığından danışır. İkinci testin müalicə üçün diaqnostik və ya klinik əhəmiyyəti yoxdur.

Sonra ölkənin tibb qurumları “omikron”un necə görünməsi, ondan necə müalicə olunmaq və ən yaxşı tədbirin peyvənd olması barədə elmi mülahizələr irəli sürürlər.

Bəyanatda özəl klinikaların ikinci test üçün ödəniş tələb etməsi qanunidirmi sualına cavab yoxdur.(Turan)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.