Mütəxəssis: “Koronavirus artıq ağciyər toxumasına nüfuz etmək qabiliyyətini itirib”

2-02-2022, 11:38           
Mütəxəssis: “Koronavirus artıq ağciyər toxumasına nüfuz etmək qabiliyyətini itirib”
“Koronavirus infeksiyası mutasiya nəticəsində ağciyər toxumasına nüfuz etmək qabiliyyətini itirib. Belə ki, “Omikron” əsasən yuxarı tənəffüs orqanlarına təsir göstərir, bu isə öz növbəsində xəstəliyi daha yüngül keçirməyə səbəb olur”.

Bu açıqlama ilə “Rospotrebnadzor”un sədri Anna Popova çıxış edib.

Bununla belə mütəxəssis hesab edir ki, “Omikron”un yuxarıda qeyd olunan təhlükəli tendensiyadan tamamilə uzaq olduğunu söyləmək də düzgün olmaz.

Mütəxəssis əlavə edib ki, müxtəlif ölkələrin alimləri, o cümlədən Rusiyadan olan tədqiqatçılar virusun daim dəyişdiyini bildirir:

“Bu onun xüsusiyyətidir, çünki onsuz yaşaya bilməz. Beləliklə, o, insan orqanizminə uyğunlaşmağın ən yaxşı formasını axtarır”.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru