Həkimlər "omikron" ştamının ən erkən simptomlarını aşkarlayıblar

3-02-2022, 07:28           
Həkimlər "omikron" ştamının ən erkən simptomlarını aşkarlayıblar
ABŞ, Böyük Britaniya və Cənubi Afrikadan olan bir qrup həkim koronavirusun "omikron" ştamının ən erkən simptomlarını aşkarlayıb. "Report" xəbər verir ki, araşdırmanın nəticələri "Express" nəşrində dərc edilib.

Mütəxəssislər bildiriblər ki, yoluxmuş şəxslə təmasdan iki gün sonra boğaz ağrısı, bel ağrısı, yorğunluq, asqırma, gecə tərləməsi və bədən ağrıları yarana bilər. İlk xoşagəlməz hallar arasında həkimlər baş ağrısını da qeyd ediblər.

Tədqiqatçıların fikrincə, bəzən koronavirusun əlamətləri özünü daha gec büruzə verir. Həkimlər orqanizmdə sadalanan dəyişikliklər aşkar edildikdə, on gün ərzində özünü təcrid etməyi və testdən keçməyi tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru