Alimlər lokdaunların təhlükələri barədə araşdırıblar

3-02-2022, 09:58           
Alimlər lokdaunların təhlükələri barədə araşdırıblar
2020-ci ilin yazında koronavirus səbəbilə tətbiq edilən məhdudiyyətlər ABŞ və Avropada ölüm nisbətlərinə zəif təsir göstərib, lakin ciddi iqtisadi və sosial problemlərə səbəb olub.

Bu barədə Cons Hopkins Universitetinin alimləri bildiriblər.


Tədqiqatçıların qeyd ediblər ki, açıq yerlərə, xüsusən də parklara və çimərliklərə girişin məhdudlaşdırılması insanları infeksiya riskinin daha yüksək olduğu qapalı yerlərdə görüşməyə sövq edir.

Alimlər belə bir tədbiri məcburi özünütəcrid kimi tənqid ediblər. Onların sözlərinə görə, bu, COVID-19-dan ölüm nisbətini cəmi 2,9 faiz azaldıb, bəzi hallarda isə əksinə, vəziyyəti daha da pisləşdirib.

“Məcburi özünü təcrid etmək xəstəni ailəsinin əhatəsində qoya bilər, burada o, yaxınlarına daha yüksək virus yükü ötürmək və daha ağır xəstəliyə səbəb olmaq riski daşıyır”, - deyə tədqiqatın müəllifləri vurğulayıb.

Mütəxəssislər müəyyən ediblər ki, karantinlar ABŞ və Avropa ölkələrində sosial-iqtisadi vəziyyətə pis təsir edib. Xüsusilə, işsizlik səviyyəsi, məişət zorakılığı halları, o cümlədən narkotiklərin dozası həddindən çox artıb. Bundan əlavə, tədris prosesinin keyfiyyəti aşağı düşüb.

Sonda ekspertlər belə qənaətə gəlib ki, təcrid siyasəti ciddi rol oynamır və pandemiya zamanı tətbiq edilməməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru