VÜQAR ƏHMƏD PLAGİATÇILIQDA İTTİHAM OLUNDU – Elnur Baxış: “Görkəmli alim Azadə Rüstəmovanın qəzəl haqqında yazısını öz adına çap edib…”

3-02-2022, 14:57           
 VÜQAR ƏHMƏD PLAGİATÇILIQDA İTTİHAM OLUNDU –
Yazıçı-publisist Elnur Baxışı şair, ədəbiyyatşünas Vüqar Əhmədi plagiatçılıqda ittiham edib. Teref.az hurriyyet.az-a istinadla E.Baxışın “Facebbok” səhifəsində yazdığı status oxucuları ilə paylaşır:

“Əvvəlki yazımda vurğulamışdım, Vüqar Əhməd AMEA-nın müxbir üzvü, görkəmli alim Azadə Rüstəmovanın “Qəzəl” kitabında, qəzəl haqqında olan yazısını öz adına çap edib. Yazını olduğu kimi sizlərə təqdim edirəm.

Azadə Rüstəmova "klassik Azərbaycan ədəbiyyatında “Qəzəl” (1990) kitabının 3-4-cü səhifələrində yazır: “Mənbələr yekdilliklə onu qədim ərəb poeziyası ilə bağlayır və bu ədəbiyyatda məhəbbət mövzusunda lirik nümunələr olduğunu göstərirlər. Elə sözün lüğəti mənası da ərəbcədir. Eşqbazlıq "muasiqə" mənalarına uyar gəlir. Orta əsrlərin ədəbiyyat nəzəriyyəsinə dair kitablar içərisində ilk dəfə qəzəlin tərifinə lX-X yüzillərdə yaşayıb-yaratmış Qüdamə İbn Cəfərin "Nəqd-əs-şeir” əsərində təsədüf edirik. Qəzəl - bu məhz məhəbbət deməkdir, qadınlara olan çılğın sevgi haqqında hekayətdir. "Qüdamə "qəzəli məna baxımından səciyyələndirir və onun qəzələ verdiyi bu şərh az fərqlərlə çox əsrlər Yaxın Şərqdə poetikaya aid kitablarda təkrar edilir”.

Vüqar Əhməd bu fikri öz ədəbiyyatşünaslıq dərsliyində olduğu kimi köçürür: “Mənbələr yekdilliklə qəzəli qədim ərəb poeziyası ilə bağlayır və bu ədəbiyyatda məhəbbət mövzusunda lirik nümunələr olduğunu göstərirlər. Elə qəzəl sözünün mənası da ərəbcə eşqbazlıq "məşuqə" (!) mənalarına uyğun gəlir. Orta əsrlərin ədəbiyyat nəzəriyyəsinə dair kitablar içərisində ilk dəfə qəzəlin tərifinə lX-X yüzilliklərdə yaşayıb-yaratmış Qüdamə İbn Cəfərin "Nəqd-əş-şeir” əsərində təsadüf edirik. Qəzəl məhz məhəbbət deməkdir, qadınlara olan çılğın sevgi haqqında hekayətdir". Qüdamə qəzəli məna baxımından səciyyələndirir və onun qəzələ verdiyi bu şərh az fərqlərlə çox əsrlər Yaxın Şərqdə poetikaya aid kitablarda təkrar edilir”. Vüqar Əhməd “Ədəbiyyatşünaslıq”. B.2008. səhifə 101-102.

Sizlərə Vüqar Əhmədin ədəbiyyat oğrusu olduğunu faktlarla öz yazımda sübüt etdim. Sizlərdən xahiş edirəm ki, görkəmli alim, AMEA-nın müxbir üzvü olmuş rəhmətlik Azadə Rüstəmovanın “Qəzəl” (1990) kitabının 3-4-cü səhfələrini də oxuyun. Vüqar Əhmədin “Ədəbiyyatşünaslıq”. B.2008. 101-102-ci səhfələrini də oxuyun. Həqiqi alimin əsərini yalançı "alim" oğurlayıb.

Bax belə, bir yalanın üstü belə açıldı. Allahdan dəyərli alimimiz Azadə Rüstəmovaya rəhmət, sizə də cansağlığı arzulayıram”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.