Məktəblər bağlanacaq? -

3-02-2022, 16:43           
Məktəblər bağlanacaq? -
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb.
Bu ölkədə indiyədək qeydə alınan ən yüksək gündəlik yoluxma sayıdır. Məlumata görə, son gündə 3 385 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 670 313 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 630 727 nəfər müalicə olunaraq sağalıb, 8 779 nəfər vəfat edib. 30 807 nəfər aktiv xəstə sayını təşkil edib.
Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 797, bu günə qədər isə ümumilikdə 6 191 130 test icra olunub. Yoluxma sayının sürətlə artması bir çox müəssisələrin, o cümlədən təhsil ocaqlarının bağlanması məsələsini gündəmə gətirir.
Maraqlıdır, hazırkı durumda məktəblər bağlana bilərmi?
Pediatr Aytən İsmayılzadə Cebhe.info-ya açıqlamasında bildirib ki, buna ehtiyac yoxdur:

"6 620 nəfərə görə 24 ölüm hadisəsi çox aşağı faiz sayılır. Bu faizə görə məktəblərin bağlanması düzgün deyil. Yoluxma sayı çox olsa da, hazırda virus özünü zəif aparır. Bu, peyvəndləmənin nəticəsi deyil. Bu, koronavirusun daha zəif ştammı olan "Omikron"a görədir. Bir müddət sonra güclənib-güclənməyəcəyini bilmirik. Ona görə də məkanların, məktəblərin bağlanmasının əksinə, bu vəziyyətdə hər kəsin yoluxub sağalması və immunitet qazanması lazımdır, qapadılmaya getməyək. Hazırda mən özüm də koronavirusa yoluxmuşam. Baxmayaraq ki, "Pfizer" vaksini vurdurmuşam. Adi xəstəlik kimi ev şəraitində keçirdim. Ona görə hər kəsdə immun yaranmalıdır".
Naibə
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.