Rusiyada yaşayan azərbaycanlıların DİQQƏTİNƏ! - Bu halda vətəndaşlığınız LƏĞV OLUNACAQ

3-02-2022, 17:22           
Rusiyada yaşayan azərbaycanlıların DİQQƏTİNƏ! -
Rusiyada spirtli içkilərin qanunsuz istehsalı və satışında təqsirli bilinən şəxslərin vətəndaşlığının ləğv edilməsi və ölkədən deportasiyası təklif olunur.

KONKRET.az xəbər verir ki, Federasiya Şurası “Rusiya Federasiyası vətəndaşlığı haqqında” qanun layihəsinə spirtli içkilərin qanunsuz istehsalı və satışında təqsirli bilinən şəxslərin vətəndaşlığının ləğv edilməsi və ölkədən deportasiyasını nəzərdə tutan düzəliş planlaşdırır.

Bu, ölkə vətəndaşlığını sonradan alan şəxslərə aid ediləcək. Qanun layihəsinin ikinci oxunuşu fevral ayında baş tutacaq.

Senator Sergey Ryabuxin bildirib ki, saxta spirtli içki istehsal edən və satan şəxslərin 75 faizi əcnəbidir.

Qeyd edək ki, Prezident Vladimir Putin Dövlət Dumasına “Rusiya Federasiyası vətəndaşlığı haqqında” qanun layihəsini təqdim edib. Layihəyə əsasən, bir sıra kateqoriyalardan olan şəxslərə vətəndaşlıq verilməsi şərtləri asanlaşdırılıb. Eyni zamanda, terrorçuluq, dövlətə qarşı cinayətlər, narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi kimi qanun pozuntularında təqsirləndirilən şəxslərin vətəndaşlığı ləğv edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru