3-cü dozanı da “Pfizer” vurdura bilərikmi? – Rəsmi

4-02-2022, 11:54           
3-cü dozanı da “Pfizer” vurdura bilərikmi? – Rəsmi
Birinci və ikinci dozanı “Pfizer” vaksini vurduranlar üçüncü dozanı da “Pfizer” vurdura bilərlər.

Bu sözləri Axar.az-a açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

O bildirib ki, vətəndaşlar 3-cü doza olaraq istədikləri növ peyvənddən istifadə edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda koronavirus əleyhinə “Pfizer-BioNTech” vaksini vurulan tibb müəssisələrinin sayı yanvar ayında 2 dəfə artırılıb. Hazırda ölkəmizdə 68 tibb müəssisəsində “Pfizer” vurulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru