Sumqayıtda istiliyə borcu olan məhəllə və mikrorayonlar - SİYAHI

4-02-2022, 16:54           
Sumqayıtda istiliyə borcu olan məhəllə və mikrorayonlar - SİYAHI
Sumqayıtda istiliyə borclu olan məhəllə və mikrorayonlar məlum olub.
Xeberle.com-un araşdırmasına görə, bu ilin yanvar ayının 1-ə olan göstəricilərə əsasən ən çox borclanan şəhərin 17-ci mikrorayonunda yaşayan abonentlərdir. Onların "Sumqayıtistiliktəchizat" İdarəsinə 68 min 453 manat borcu var. Mikrorayonun ev 16, 21, 22, 25, 57, 60, 62, 63, və 67 -nin hər birinin istiliyə borcu 2000 manatı ötüb. Bu mikrorayonda 3 qazanxana, istiliklə təmin olunan 60 bina və 2774 abonent var.
Şəhərin 5-ci mikrorayonunun abonentlərinin də istiliyə borcu heç də az deyil. Belə ki, sözügedən mikrorayonun 54 min 448 manat borcu var.
Borclular siyahısında ilk üçlükdə 18-ci mikrorayon da var. Belə ki, sözügedən mikrorayonun istilik idarəsinə 43 min 862 manat borcu var.
Digər borclu məhəllə və mikrorayonlara gəldikdə isə 3-cü mikrorayonun 26 min 65, Birləşmiş məhəllənin 26 min 776, 1-ci məhəllənin 23 min 67, 29-cu məhəllənin 10 min 654, 12-ci mikrorayonda Əlillər binası kimi tanınan binaların 9 min 132, 18-ci məhəllənin 6 min 433 və Hacı Zeynalabdin qəsəbəsinin isə 3 min 425 manat borcu var.
Ümumi şəhər üzrə isə borcun məbləği 271 min 317 manat təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru