"Əgər çeynəməsən, mal ətini ağız boşluğuna götürüb udmaq olar, çox dadlıdır..."

5-02-2022, 08:18           
"Əgər çeynəməsən, mal ətini ağız boşluğuna götürüb udmaq olar, çox dadlıdır..."
Kişi hər gün çiy ət yeyərək bunun ölümlə nəticələnə biləcəyini yoxlamaq istəyir...

Son zamanlar sosial şəbəkələrdə bəzi insanlar özlərinə meydan oxuyaraq çiy ətin bütün forma və növlərindən hər gün yeməklə məşğul olur. Mütəxəssislər isə həyəan təbili çalaraq bunun sağlamlıq üçün mümkün riskləri barədə istifadəçiləri xəbərdar edir.

Yazılmayan qayda var: əgər sizə elə gəlir ki, internetdə artıq hər şeyi görmüsünüz və sizi daha heç nə ilə təəccübləndirmək olmaz, o zaman dərhal elə bir şey meydana çıxacaq ki, tükləriniz biz duracaq.

100 günə yaxındır ki, İnstraqamda Raw Meat Challenge adı altında bloq var, orada göstərilib: "Bakteriyalar məni öldürənədək hər gün çiy ət yeyəcəyəm" (ümid edək ki, bu, bir zarafatdır).

Anonim blogerin qeyri-adi yeməyini 100 min adam müşahidə edib, baxmayaraq ki, mənzərə heç də ürəkaçan deyil.

Kadrlardan görünür ki, kişi hər şeyi- çiy qiymə ətdən, inək beynindən və mal tikəsindən tutmuş toyuq filesi, bütöv qızılbalıq və quzu yumurtalarınadək kifayət qədər iştaha ilə yeyir. Bu hələ bir yana qalsın, o, ətin üstündən çiy yumurta və ya inək südü içir.

"Əgər çeynəməsən, mal ətini, sadəcə, ağız boşluğuna götürüb udmaq olar. Bu, çox dadlıdır", - bloger öz təəssüratlarını bölüşüb.

Postlarının birində o, izah edib ki, bu təcrübəyə onu tez-tez zəifliyi və özünü pis hiss etməsi sövq edib və o, bunu əsasən vegeterian pəhrizi ilə əlaqələndirir.

"Mən səhər yeməyi zamanı çiy tikələri yeyib üstündən çiy yumurta içməyə başlayandan sonra günün çox hissəsini özümü tox hiss edirdim və mənim ağrılarım keçirdi", - o, belə yazıb.

Təbii ki, bu təcrübəyə sosial şəbəkə istifadəçilərinin münasibəti birmənalı olmayıb. Bəziləri buna heyran olsa da, əksəriyyəti bu pəhrizi iyrənc və həyat üçün təhlükəli hesab edib.

Bəs, mütəxəssislər bu barədə nə düşünür?

Təbii ki, bu kişi Yer üzərində çiy ət yeyən birinci insan deyil. Gəlin, xatırlayaq ki, əcdadlarımız odu əldə edəndən sonra onların qida rasionunda istisnasız olaraq vəhşi heyvanlar, quşlar və balıqların çiy əti olub. O zamandan insan təkamül edib və minilliklər ərzində müxtəlif üsullarla özünə yemək hazırlamağı sınayıb, bu da ona yeməyi daha səmərəli surətdə həzm etməyə, habelə müxtəlif xəstəliklərdən yaxa qurtarmağa imkan verib.

Bugünkü insan çətin ki, şiy əti həzm etməyə və yeməyə uyğunlaşıb. Bundan əlavə, belə pəhriz sağlamlıqla bağlı problemlər yarada bilər, hətta biz qidamızda çiy toyuq əti yeyən zaman salmonellaya yoluxma riskini inkar etsək də.

Məsələn, 2014-cü ildə dərc edilən tədqiqatda zülalın sağlamlığımıza təsiri öyrənilib.

Bunun üçün alimlər sınaqdan keçirilənlərin gündəlik menüsünü zülaldan sutkalıq istifadəsinə görə qruplara bölüb. Əldə edilən nəticələr zülaldan yüksək dərəcədə istifadə edilməsi ilə xərçəngin inkişafı ehtimalı arasında statistik əlaqəni göstərib.

Biz kadr arxasında kişinin nə ilə qidalanmasını dəqiq bilmirik. Ola bilər ki, şəkiliş arasında fasilələr zamanı başqa yeməklər, məsələn, tərəvəz və dənli bitkilərlə də qidalanıb

Yenə də onun sözlərinə görə, 84 günlük təcrübə müddətində o, bir dəfə də olsun çiy ət yediyinə görə zəhərlənməyib və bu ətdə ola biləcək istənilən təhlükəli bakteriyalardan yan keçə bilib.

Ekslertlər heç kimə çiy ət yeməyi, həmçinin onunla birlikdə çiy yumurtadan istifadə etməyi tövsiyə etmirlər. Çünki bu zaman salmonella, bağırsaq çöpü, listeriya və digər təhlükəli bakteriyalara yoluxmaq riskinə məruz qalmaq olar.

Üstəlik, çılpaq əllərlə çiy ətlə davranmaq belə, xüsusilə yay aylarında çox təhlükəlidir. Risk qrupuna aid olan infeksiyalara həssas olanlar, hamilə qadınlar, ümumiyyətlə, dünyada zəhərlənməni və mədə pozuntusunu sevməyən bütün insanlar üçün bu, daha da təhlükəlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.