"Omikron"un yeni simptomları açıqlandı

5-02-2022, 08:40           
"Omikron"un yeni simptomları açıqlandı
Dünyada koronavirusun dominant ştammına çevrilən "Omikron" variantında xəstəliyin əlamətlərində bəzi dəyişikliklər müşahidə olunmağa başlayıb.

Teref.az oxu.az-a istinadən xəbər verir ki, keçən ay simptomlara ürəkbulanma əlavə edən ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) yeni simptomun olduğunu açıqlayıb.

Vətəndaşların dodaqlarının rəngi solduqda, boz və ya mavinin çalarları rənginə döndükdə həkimə müraciət etmələri tövsiyə olunub.

Həmçinin, nəfər almaqda çətinlik, sinədə davamlı ağrı və ya sıxılma hissi, oyana bilməmək və ya oyaq qala bilməmək, dırnaqların rənginin solğunlaşması kimi simptomların da əlamətlər arasında olduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru