Aİ ölkələrində qazın qiyməti il ərzində 6-10 dəfə artıb

7-02-2022, 11:24           
Aİ ölkələrində qazın qiyməti il ərzində 6-10 dəfə artıb
“Avropa İttifaqının müxtəlif ölkələrində təbii qazın qiyməti ötən illə müqayisədə 6-10 dəfə artıb”.

APA xəbər verir ki, bu sözlər Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin bloqunda yer alıb.

Onun sözlərinə görə, qlobal səviyyədə tələb və təkliflə bağlı problemlər səbəbindən enerji daşıyıcılarının qiyməti artıb. Avropa diplomatiyasının rəhbəri bildirib ki, bu prosess elektrik enerjisinin qiymətlərinə böyük təzyiq göstərir.

O, həmçinin qeyd edib ki, Rusiya Federasiyası son vaxtlar qaz tədarükü ilə bağlı müqavilə öhdəliklərini ciddi şəkildə yerinə yetirib.

“Son həftələrdə Rusiyanın müqavilə öhdəliklərinə ciddi riayət etməsinə baxmayaraq, “Qazprom” şirkəti Avropanın anbarlarını doldurmaq üçün əlavə tədarüklərdən imtina edib ki,bu da bazarda qarışıqlığı daha da artırıb”,-deyə Borrell qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.