Asiyada məşhur kurort peyvənd olunmayan turistlərə də qapısını açdı - FOTO

12-02-2022, 10:05           
Asiyada məşhur kurort peyvənd olunmayan turistlərə də qapısını açdı - FOTO
Filippinin məşhur olan Sebu kurortuna martın 1-dən etibarən koronavirus peyvəndi olmayan səyahətçilərə giriş icazəsi verib.

Peyvənd olunmayan və ya qismən peyvənd olunan turistlərdən sadəcə 48 saat əvvəl götürülən PCR testinin mənfi cavabı tələb olunur. Bundan əlavə, adaya gələn əcnəbilər məcburi izolyasiyanın beşinci günündə başqa bir PCR testindən keçməlidirlər.



Sebuda koronavirus məhdudiyyətlərinin yüngülləşdirilməsi qərarı ölkənin turizm sənayesinin pandemiya səbəbindən acınacaqlı vəziyyəti fonunda qəbul edilib. Hökumət nümayəndələrinin sözlərinə görə, turizm sənayesi hotellər, turoperatorlar və kurortlarla birlikdə ölür.

Qeyd edək ki, fevralın 1-dən Filippin hakimiyyəti sərhədlərini COVID-19-a qarşı peyvənd olunmuş əcnəbi turistlər üçün açıb.




Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru