Təzyiqi olanların DİQQƏTİNƏ! Parasetamolun ölümcül təhlükəsi üzə çıxdı

13-02-2022, 00:00           
Təzyiqi olanların DİQQƏTİNƏ!
Təzyiqi olanların DİQQƏTİNƏ! Parasetamolun ölümcül təhlükəsi üzə çıxdı

Parasetamolun uzun müddət istifadəsi yüksək qan təzyiqi olan xəstələrdə ürək xəstəliyi və insult riskini artırır.

Bu barədə "Circulation" jurnalı Edinburq Universiteti mütəxəssislərinin tədqiqat məlumatlarına istinadən məlumat yayıb.

Mütəxəssislərin fikrincə, parasetamoldan müntəzəm istifadə ürək xəstəliyi və ya insult riskini təxminən 20 faiz artırır.

Əvvəllər məlum olub ki, parasetamol qəbulu qaraciyər xəstəliklərini kəskinləşdirə bilər. Bundan əlavə, dərman qırmızı qaşınma, şişkinlik və qabıqlı, allergik dəri xəstəliyinə də səbəb ola bilər.

Parasetamol, həm də ağrıkəsici olaraq tanınır və qızdırmanın yüngül, orta dərəcələrində geniş istifadə olunur.

Mərkəzi sinir sistemində siklooksigenazı (ferment) bloklayır, ağrı və termorequlyasiya (orqanizmdəki temperaturu tənzimləyən sistem) mərkəzlərinə təsir göstərir. İltihab əleyhinə təsiri isə praktiki olaraq yoxdur.

Parasetamol həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əvəzolunmaz dərmanlar siyahısına, eləcə də Rusiyanın həyati və zəruri dərmanlar siyahısına daxildir. (Gundem.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru