Ötən gün rus ordusu ciddi itki verdi - SİYAHI

6-03-2022, 10:45           
Ötən gün rus ordusu ciddi itki verdi - SİYAHI
Müharibə başlayandan Rusiya ordusunun aviasiya texnikasının itkisi 44 təyyarə və 44 helikopterdir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Ötən gün Rusiya 3 helikopter Ukrayna Hərbi Dəniz Qüvvələrinin dəniz piyadası tərəfindən vurulub.

Quru Qoşunlarının “Cənub” əməliyyat komandanlığının hərbçiləri tərəfindən 1 Su-25 hücum təyyarəsi və 1 helikopter vurulub.

“Şimal” əməliyyat komandanlığının hərbçiləri 2 Su-34 təyyarəsini məhv edib. Həmçinin 2 Su-30SM təyyarəsi, “Orlan-10” PUA-sı və bir neçə qanadlı raket zərərsizləşdirilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, artıq Ukraynada 10 mindən çox rus işğalçısı məhv edilib. Həmçinin rus qoşunları 269 tank, 945 zirehli döyüş maşını, 105 artilleriya sistemini itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru