Sanksiyalar Rusiyanı gücləndirəcək - "Qlobal Tayms"

7-03-2022, 10:05           
Sanksiyalar Rusiyanı gücləndirəcək -
ABŞ bu yaxınlarda Rusiyanın müdafiə sənayesinə qarşı yeni sanksiyalar elan etdi. Lakin bu sanksiyalar ciddi təsir göstərməyəcək. Çünki Rusiya müdafiə sənayesi müstəqildir və Qərb texnologiyasından asılı deyil.

Axar.az xəbər verir ki, bu barədə "Qlobal Tayms" məlumat yayıb.

Qeyd olunur ki, Rusiya hərbi texnikasının real döyüş şəraitində istifadəsi onun yüksək keyfiyyətli reklamına çevriləcək və Rusiyadan silaha tələbatı artıracaq. ABŞ Rusiyadan böyük miqdarda silah alan Hindistana da sanksiya tətbiq etməyəcək, çünki onlar hələ də ondan Çinə təzyiq etmək üçün istifadə edirlər. Rusiya ona qarşı tətbiq edilən maliyyə sanksiyalarının öhdəsindən gələ biləcək. Rus silahları döyüş sınaqlarından keçirildiyi üçün beynəlxalq bazarlarda daha da populyarlaşa bilər. Döyüşlər silahların xüsusiyyətlərini və imkanlarını nümayiş etdirməyin ən yaxşı və yeganə yoludur. Onlar döyüşdə istifadə olunduğu üçün Rusiya beynəlxalq bazarını itirməyəcək, əksinə, onda öz payını artıracaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.