NATO Ukrayna üzərindəki hava məkanını niyə bağlamır? - AÇIQLAMA

7-03-2022, 11:21           
NATO Ukrayna üzərindəki hava məkanını niyə bağlamır? - AÇIQLAMA
NATO Ukrayna üzərindəki hava məkanını bağlamayacaq, çünki o, avropalıların həyatına cavabdehdir.

Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Almaniyanın ARD telekanalının efirində deyib.

Onun sözlərinə görə, bağlanma Rusiya ilə hərbi münaqişəyə girmək demək olacaq ki, bu da milyonlarla avropalının həyatını təhlükəyə atacaq.

“Bu o demək olardı ki, NATO təyyarələri Rusiya təyyarələrini atəşə tutacaq, bu, alyansın münaqişəyə birbaşa müdaxiləsi deməkdir... Bizim öz əhalimizi qorumaq öhdəliyimiz var”, - deyə o vurğulayıb.

Mənbə: UNIAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru