Rusiya Ukraynadakı gücünün təxminən 95%-ni işlədib

7-03-2022, 13:40           
Rusiya Ukraynadakı gücünün təxminən 95%-ni işlədib
Rusiya Ukraynaya ümumilikdə 600 raket atıb və Ukraynanın daxilinə topladığı döyüş gücünün təxminən 95%-ni işlədib. AzVision.az -ın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib. Qeyd olunub ki, Rusiya qüvvələri hələ də Kiyev, Xarkov, Çerniqov və Mariupol şəhərlərini mühasirəyə almağa çalışır, lakin ukraynalıların güclü müqaviməti hücumların sürətini azaldır. "Hazırda Kiyevin şimalında uzunluğu 40 milə çatan Rusiya kolonu hərəkətsiz qalır və onun Kiyevə nə qədər məsafədə olması ilə bağlı yenilik yoxdur. Ötən həftə bu məsafənin şəhər mərkəzindən 25 kilometr olduğu bildirilib. Məlumata əsasən, həm Rusiya, həm də Ukrayna Kiyev səmasında döyüş gücünü nəzərəçarpacaq səviyyədə özündə saxlayır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru