Çexiya prezidenti Zelenskini ali mükafata layiq gördü

8-03-2022, 11:34           
Çexiya prezidenti Zelenskini ali mükafata layiq gördü
Vladimir Zelenski Çexiyanın ən yüksək mükafatı - Ağ Aslan ordeni ilə təltif edilib. Müvafiq qərarı Çexiya prezidenti Miloş Zeman verib.

Yerli KİV-in məlumatına görə, Zeman Zelenskinin cəsarət və şücaətini qeyd edib.

“Deputatlarımızdan biri mənə Ukrayna Prezidenti Zelenskiyə ən yüksək Çexiya mükafatı verməyi təklif etdi və mən bu təklifi yerinə yetirmək qərarına gəldim. Ukrayna prezidenti cəsarət və şücaət göstərdi və ABŞ ona təxliyə təklif etsə də, o, ölkəsinin paytaxtında qaldı. İndi oradan müdafiəyə rəhbərlik edir”, - deyə Zeman bildirib.

Mənbə: telegraf.com.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru