"Xerson və Nikolayev şəhərlərində yerli sakinlər arasında təbliğat aparmaq üçün 10 taktiki psixoloji qrup yaradıblar" - Ukrayna MN

8-03-2022, 12:46           
"Xerson və Nikolayev şəhərlərində yerli sakinlər arasında təbliğat aparmaq üçün 10 taktiki psixoloji qrup yaradıblar" - Ukrayna MN
“Rusiyanın irəliləmə sürəti əhəmiyyətli dərəcədə azalıb”. Teref.az “Report”a istinadla xəbər verir ki, bunu Ukraynanın Müdafiə Nazirliyi feysbuk səhifəsində mühairbənin 13-cü günü ilə bağlı açıqlamasında bildirib.

“Çerniqov, Kiyev, Nikolayev və ölkəmizin cənub sərhədlərinin müdafiəsi davam edir. Ukrayna Hava Hücumundan Müdafiə qüvvəsi işğalçının raket-aviasiya hücumunun qarşısını uğurla alır. Xarkov, Sumı, Çerniqov və Kiyev vilayətlərində rusiya hərbçiləri talan, qarət edir, zorakılıq əməllər törədirlər. Xerson və Nikolayev şəhərlərində yerli sakinlər arasında təbliğat aparmaq üçün 10 taktiki psixoloji qrup yaradıblar.

Krımın şimalında isə Rusiyanın Federal Təhlükəsizlik Xidməti əhalinin qorxutmaq məqsədi ilə Ukrayna Silahlı Qüvvələrinin hücum edəcəyini təbliğ edir və buna qarşı müqavimət dəstələri yaradır”, - məlumatda bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.