S&P Rusiyanın aparıcı şirkətlərinin reytinqini aşağı salıb

9-03-2022, 10:21           
S&P Rusiyanın aparıcı şirkətlərinin reytinqini aşağı salıb
Beynəlxalq reytinq agentliyi S&P Rusiyanın ən iri şirkətlərinin kredit reytinqlərini mənfi proqnozla C və CCC- səviyyəsinə salıb.


Siyahıya 50-dən çox şirkət daxil edilib ki, onlardan bəziləri Rusiya iqtisadiyyatında aparıcı mövqe tutur.

“Qazprom”, “Rosneft”, Rusiya Dəmir Yolları, MTS, “Alrosa” və “X5 Group” onlardan yalnız bir neçəsidir.

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın ən böyük bankı “JPMorgan” Rusiyada defolt təhlükəsi barədə xəbərdarlıq etmişdi. Digər reytinq agentliyi – “Fitch Rating” isə Rusiya Federasiyasının reytinqini BBB-dən B-yə endirmişdi ki, bu da uzunmüddətli defolt riskinin yüksək olması deməkdir.

Mənbə: segodnya.ua












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.