Ukraynada milyonlarla yaşlı və əlil risk altındadır

10-03-2022, 09:22           
Ukraynada milyonlarla yaşlı və əlil risk altındadır
Ukraynada münaqişədən xaricə qaça bilməyən milyonlarla yaşlı və əlil risk altındadır.

Teref.Az APA-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Britaniyanın Disasters Emergency Committee (DEC) adlı QHT-si çıxış edib.

Təşkilat bildirir ki, 2 milyondan çox ukraynalı müharibəyə görə ölkə xaricinə çıxıb. Lakin yaşlı və əlilliyi olan insanlar ölkədə qalıblar və risk altındadırlar. Ukraynada yaşı 60-dan çox olan şəxslərin sayı 7 milyonu keçir. Onların çoxuna qulluq edilmir.

Avropa Məhdud Hərəkət Qabiliyyətli Adamlar Forumunun statistikasına görə, Ukraynada əlillərin sayı 2,7 milyon nəfərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru