Çağırışçılar Ukraynaya necə “düşüb”? – Peskov
10-03-2022, 16:14
Əsas odur ki, bu faktlar müəyyən edilib, vəziyyət düzəlib.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynaya hərbi əməliyyatlara çağırışçıların da göndərilməsinə münasibət bildirərkən deyib.
“Dünən biz artıq dedik ki, müvafiq materiallar Hərbi Prokurorluğa verilib, orada yoxlama aparılıb, hüquqi qiymət veriləcək. Bu, dünən baş verib, ona görə də bu gün hər hansı bir nəticə gözləmək düzgün deyil. Gəlin, gözləyək. Əsas odur ki, bu faktlar aşkarlanıb və bununla bağlı vəziyyət düzəlib”, - Peskov bildirib.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin 8 Mart təbrikində Ukraynada hərbi əməliyyatlara heç bir çağırışçının cəlb edilmədiyini və əməliyyatı yalnız peşəklar hərbçilərin apardığını bildirmişdi. Bunun ardınca isə Ukrayada döyüşən və yaxud əsir düşən çağırışçı gənclərin videoları kütləvi şəkildə yayılmağa başladı.
Putin bu faktlara görə MN-in bəzi yüksək vəzifəli şəxslərini günahkar bilərək, onları cəzalandırdı.