Ukrayna səmasında rus qırıcıları azalıb – Səbəb

10-03-2022, 16:44           
Ukrayna səmasında rus qırıcıları azalıb – Səbəb
Britaniya kəşfiyyatı son günlər Ukrayna səmasında rus təyyarələrinin fəallığının nəzərəçarpacaq dərəcədə azaldığını qeyd edib.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Tvitter səhifəsində məlumat yayılıb.

Məlumata görə, buna səbəb Ukrayna HHM sistemlərinin fəallığıdır.

Rusiyanın inkar etməsinə baxmayaraq, Britaniya rus əsgərləri arasında çağırışçıların say çoxluğuna da diqqət çəkib:

“Hücumun uğursuzluğuna görə Putin “itkilərini kompensasiya etmək üçün” əlavə qüvvələr cəlb etmək məcburiyyətində qalacaq. Kiyevin şimal-qərbinə hücum edən rus ordusu irəliləyişə nail ola bilmir və xeyli sayda itki verməkdə davam edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru