Bir neçə kəşfiyyatçımızın qarşısından qaçan 1500 erməni əsgəri: Ehtiyatda olan “fərarilər” hərbi təlimlərə çağırıldı
10-03-2022, 19:04
Bildiyiniz kimi hər bir dövlətdə olduğu kimi Ermənistanın da ordusu var və bu ilin yanvarın 28-də onun 30 illiyi qeyd olundu. Yəni, düz 30 il əvvəl Ermənistan ordu qurdu və o gündən təxminən 1 ay sonra Xocalı soyqırımını həyata keçirdi. Ordu qurulmamşdan əvvəl isə ermənilərin yüksək peşəkarlardan ibarət terror qrupları vardı ki, onlar nəinki Qarabağda, eləcə də Qərbi Azərbaycanda sayı-hesabı bilinməyən qədər soydaşımızı məhv edə biliblər. 1992-ci ildə yaranan Ermənistan ordusunun da mahiyyəti həmin terror qruplarından fərqlənmədi.Terror qrupları kimi Ermənistan ordusu da açıq döyüşə girməkdənsə pusqu quraraq dinc əhaliyə, qadınlara, qocalara, uşaqlara hücum etməyi seçdi.Bu faktı 1992- 2000-ci illərdə də gördük, 2020-ci ildə də gördük... Bərdə Gəncə, Mingəçevir şəhərlərinə atdığı kassetli və qadağan edilmiş mərmilər,silahsız, günahsız insanların kütləvi şəkildə qətli tək erməni ordusunun deyil, erməni toplumunun da mahiyyətini ortaya qoyub.
30 il torpaqlarımızda at oynadan, bildiyini edən Ermənistan ordusu nəhayət 2020-ci ilin 27 sentyabrda başlanan 44 günlük müharibədə layiq olduqları cəzanı artıqlaması ilə aldı. Bu dəfə onlara nə havadar dedikləri ölkələr, nə 200-ə yaxn erməni terror təşkilatları, nə də dünyaya səpələnmiş, maliyyəsi ilə ordunu ayaqda tutmağa çalışan erməni diasporaları kömək edə bilmədi.44 günlük müharibədə biabırcasına məğlub olan ermənilər düz 16 aydır ki, hələ də özünə gələ, Azərbaycan ordusunun xofundan qurtara bilmirlər.
Müharibədən sonrakı Ermənistan ordusunun ümumi mənzərəsi mediada
“Joğovord” nəşri “10 mindən artıq Ermənistan vətəndaşı fərarilikdə ittiham olunur” sərlövhəli məqaləsində yazır: “Dindirilmə zamanı təqsirləndirilən şəxslər müharibəyə asanlıqla getdiklərini, lakin “göydən alov yağanda”, həmkarları “gözləri önündə külə çevriləndə” ya ölməli, ya da xilas olmaq üçün qaçmalı olduqlarını deyirlər. Müstəntiqlər isə fərarilərin hərəkətlərini qanun nöqteyi-nəzərindən necə qiymətləndirəcəklərini bilmirlər. Bu məsələ hələ də səlahiyyətli orqanlar tərəfindən həllini tapmayıb”
“Vestnik Kavkaza” nəşrində yayımlanan redaksiya məqaləsində rusiyalı hərbi ekspert Oleq Kuznetsov erməni hərbçiləri arasında yayılan fərariliyin səbəbini Azərbaycan Ordusunun gücündə olduğunu vurğulayıb: “Məsələ Azərbaycan Ordusunun total hərbi-texniki üstünlüyündən gedir. Bu, təbii ki, mənəvi-psixoloji ruhu dağıtdı. Belə şəraitdə dözümlülüyü saxlamaq demək olar ki, mümkün deyil. Bu, kütləvi fərariliyə gətirib çıxardı”.
BBC-nin rus xidməti yazıb: “Movses Akopyan artıq müharibənin beşinci günündə 1500 əsgərin fərarilik etdiyini demişdi. General əlavə edib ki, onları Qarabağda saxlayıblar ki, Ermənistana qayıdıb çaxnaşma yaratmasınlar”.
Separatçı rejiminin başçısı Araik Arutyunyan 44 günlük müharibə zamanı “Facebook” hesabında canlı yayım zamanı: “Hadrutdan 1500 erməni hərbçisi bir neçə kəşfiyyat-diversiya qrupunun qarşısından qaçdı. Geri dönməyə və döyüşməyə razı salmağa çalışdım. Satqınlar Qarabağdan qaçan, cəbhəyə getməmək üçün Yerevanda gizlənən həmin kişilərdir”, – deyə bildirdi
Ehtiyatda olan fərarilər 1 aylıq hərbi təlimlərə çağırldı
.Adalet.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıblar. Təlimlər aprelin 15-dən iyunun 15-dək davam edəcək.
Tədbirin keçirilməsində məqsəd döyüş peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, Silahlı Qüvvələrin sıralarının ehtiyatda olan hərbi qulluqçularla komplekləşdirilməsidir.
Təlim zamanı ehtiyatda olan hərbçilər də döyüş növbətçiliyinə cəlb olunacaq, texnikanın gücləndirilməsi üçün istifadə olunacaq.
Qeyd edək ki, sonuncu dəfə Qazaxıstandakı iğtişaşları yatırmaq üçün gedən KTMT dövlətlərinin ordusu ilə birgə Ermənistan ordusu da orada olmuşdu və elə ilk həmlədən mitinqçilər tərəfindən xeyli erməni əsgər tərkisilah edilərək əsir götürülmüşdü.
Əntiqə Rəşid