Müharibənin Ukraynaya vurduğu ziyan 100 milyard dolları ötüb

11-03-2022, 08:59           
Müharibənin Ukraynaya vurduğu ziyan 100 milyard dolları ötüb
"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ölkəyə 100 milyard dollardan çox ziyan vurub".

"Report" UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Oleq Ustenko bildirib.

Müşavir deyib ki, müharibədən sonra ölkəni uzun bərpa prosesi gözləyir.

Ustenkonun sözlərinə görə, vəziyyət əslində hər kəsin təsəvvür edə biləcəyindən daha ağırdır: "Bütün dünyada Rusiya nefti və qazına tam embarqo tətbiq edilməlidir. Bu, qan puludur".

Zelenskinin müşaviri, həmçinin qeyd edib ki, Ukraynada müharibə səbəbindən müəssisələrin 50%-i bağlanıb, qalanları isə öz imkanları hesabına işləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru