İranla Azərbaycan arasındakı körpünün tikintisi nə vaxt başa çatdırılacaq?

12-03-2022, 00:01           
İranla Azərbaycan arasındakı körpünün tikintisi nə vaxt başa çatdırılacaq?
İranla Azərbaycan arasında Astara çay üzərindən inşa olunacaq yeni avtomobil körpünün tikintisinin 10 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Bunu Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasında çıxış edərkən Baş nazirin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, bu barədə razılıq bu gün tərəflər arasında keçirilən görüş zamanı əldə olunub.

"Eyni zamanda yük dəmiryolu yük terminalının tikintisi üzrə də işlərin sürətləndirilməsi haqqında qərarlar qəbul edilib",- deyə Ş. Mustafayev qeyd edib.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru