Sanksiyalar ABŞ-ın milli maraqlarına hansı zərbələr vura bilər? – “Fox News” məsələni araşdırıb
12-03-2022, 08:13
Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları ABŞ-ın dünyada təsirini zəiflədə bilər.
Teref.az xəbər verir ki, bunu ABŞ-ın ən populyar teleaparıcısı Taker Karlson deyir. Teleaparıcının fikrincə “buna səbəb Amerika prinsiplərinə inamın sarsıdılmasıdır. Bu gün əgər Amerika məhkəməsiz əmlakı müsadirə edirsə və onun valyutası etibarsızdırsa və sahibindən alına bilirsə, o zaman belə bir dövlətə kim güvənər ki?”
Ekspertin fikrincə, Rusiyanın qlobal bank sistemindən qovulması son nəticədə dolları zəiflədəcək. Rusiyaya qarşı sanksiyaların Vaşinqtonda demokrat və neokonservativ isteblişment arasında geniş dəstəyi olduğu bilinir. Amma isteblişmentin Putinə yaxın oliqarxlara qarşı daha sərt və daha çox şəxsi hədəfə almağa çalışdığı sanksiyaları dəstəkləməsinə baxmayaraq, bu sanksiyalar sonda ABŞ-ı vuracaq. Bununla da onlar sonda keçmiş DTK zabiti Putinə də kömək etmiş olacaqlar”.
Taker Karlson söhbətində qeyd edib ki, sanksiyalar yalnız ilk baxışdan düşmənlə mübarizənin effektiv vasitəsi kimi görünür. Və ABŞ da bir düşmən kimi müxtəlif cinayətlər törətmiş Vladimir Putinə qarşı elan etdilər. “Sizcə bu vaxtadək tətbiq edilən sanksiyalar nəzərdə tutulan insanları cəzalandırırmı? Və sanksiyaların bizim düşünməli olduğumuz arzuolunan nəticələri varmı? Təkcə xoş niyyət bizim üçün kifayət deyil. Siyasi qərarların hansı nəticələrə gətirib çıxaracağına diqqət yetirilməlidir. Amma neyniyək ki,böyüklər belə qərarlar qəbul edirlər” – deyə Karlson bildirib.
Rusiya siyasəti üzrə mütəxəssis deyib ki, “sanksiyalar Putinə və həmçinin Rusiyaya kömək edə bilər. Rusiya mənbələrinin məlumatına görə son vaxtlar Putinin populyarlığı 10 faiz artıb. Və bu, Qərbin Rusiya iqtisadiyyatına qarşı repressiv addımlar atdığı anda baş verib. Xüsusən, VISA, McDonalds və Qərb biznesinin digər titanları Rusiyadakı biznes əməliyyatlarını müvəqqəti dayandırdığı vaxtda.
“Mən Rusiyada əvvəllər Putinə qarşı və Qərb tərəfdarı olan bəzi adamları tanıyıram. Sanksiyalarımıza görə bu insanlar hər şeyini itirdikləri səbəbindən Qərbə qarşı çıxırlar. Sanksiyaların digər arzuolunmaz nəticəsi Rusiyanın Çinlə daha da yaxınlaşması olub. Rusiyanın qlobal maliyyə sistemindən qovulması ilə Rusiya-Çin cütlüyü öz paralel pul köçürmə sistemini yaratmağa cəhd edə, beləliklə, dolları zəiflədə və onun qlobal mübadilə vasitəsi statusunu təhlükə altına qoya bilər.
Hər bir dövlət indi bu təhlükənin fərqindədir: dolları Mərkəzi Bankında ehtiyat valyuta kimi saxlayırsa, ABŞ-ın bu pulu götürüb dondura biləcəyi riski var. Eyni şey nəzarət altında olan valyutalarda olan digər əmanətlərlə də ola bilər. İndi bu, təhlükə yaxşı başa düşülür. Qorxuram ki, bu şüur bizim maliyyə arenasında olan təsirimizi birbaşa məhdudlaşdırar. Bizim tərəfimizdən bu cür siyasət milli maraqlarımıza cavab vermir, əksinə, onları təhlükə altına alır. Eləcə də, qlobal təhlükəsizliyə də təhlükə yaradır” – deyə Erlix fikirlərini yekunlaşdırıb.
“Fox News”, ABŞ. 11 mart 2022.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az