Ukraynadan gələn tələbələrin aqibəti necə olacaq? - VİDEO

12-03-2022, 14:40           
Ukraynadan gələn tələbələrin aqibəti necə olacaq? - VİDEO
Ukraynadan təxliyə edilən soydaşlarımız arasında çoxlu sayda azərbaycanlı tələbələr də var. Düzdür, bu tələbələrin təhlükəsizliyi təmin olunub, hazırda ölkəmizdədirlər. Ancaq indi onları narahat edən daha bir məqam da var.

Teref.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət onların təhsillərini necə davam etdirəcəklərindən gedir. Çünki müharibənin nə qədər davam edəcəyi bəlli deyil.

Millət vəkili Aydın Mirzəzadə deyir ki, onların Azərabaycan Universitetlərində təhsillərini davam etdirmələri mümkündür. Millət vəkilinin fikrincə həmin tələbələr Azərbaycanın Ali təhsil müəssisələrinə müvəqqəti yerləşdirilə bilərlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.