Rusiya ordusunun iri kalonu pusquya düşdü, darmadağın edildi - VİDEO

12-03-2022, 14:48           
Rusiya ordusunun iri kalonu pusquya düşdü, darmadağın edildi - VİDEO
İrimiqyaslı döyüş zamanı Rusiya zirehli texnika kalonu Ukrayna Silahlı Qüvvələri tərəfindən pusquya salınıb və məhv edilib. Sosial şəbəkələrdə həmin kadrlar da yayılıb. Rus hərbçiləri böyük bir bölmənin tərkibində magistral yollardan biri ilə hərəkət edirdilər, lakin gözlənilmədən yanacaqdoldurma məntəqəsi ərazisində hücuma məruz qalıblar.

Qumbaraatandan açılan atəş Rusiya qoşununun tankını məhv edib. Dərhal canlı qüvvə əraziyə toplanıb və ele bu an avtomatik silahlardan güclü atəş açılıb. Rus hərbçiləri arasında panika başlayıb - onlar uzaqlaşmağa çalışaraq müxtəlif istiqamətlərə səpələnməyə başlayıblar.

Çox güman ki, pusqu əvvəlcədən planlaşdırılıb. Həmin rus kalonunun məhv edilməsi pilotsuz təyyarənin köməyi ilə havadan lentə alınıb. Rusiya hərbçilərinin canlı qüvvə və texnika itkilərinin sayı dəqiqləşdirilir.

virtualaz












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.