Putinin rəfiqəsi Kabayevanın İsveçrədəki dəbdəbəli həyatının TƏFƏRRÜATLARI - FOTO
13-03-2022, 00:03
Jurnalistlər Putinin rəfiqəsi Alina Kabayevanın İsveçrədəki dəbdəbəli həyatının təfərrüatlarını öyrənib. Onların bildirdiyinə görə, Putindən 4 uşağı olan qadın Luqano gölünün sahilində “özəl və çox təhlükəsiz” dağ evində yaşayır.
KONKRET.az xəbər verir ki, bu barədə “The Mirror” tabloidi yazıb. “The Mirror” bildirir ki, hələki Putin Ukraynanı “cəhənnəmdən keçməyə” məcbur edir, keçmiş gimnast heç nədən imtina etmir.
Jurnalistlərin fikrincə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Kabayeva və Putinin ailəslinin məskunlaşdığı yerdə bahalı restoranlar, apteklər, banklar, brend mağazalar, elit xəstəxanalar və küçələr üstünlük təşkil edir.
Yerli telekanalın məlumatına görə, məhz Clinic Sant’Anna adlı VIP klinikalardan birində Kabayeva 2015-ci ildə Putinə əkiz qızlar dünyaya gətirib.