Xorvatiyada qəzaya uğrayan PUA 120 kiloqramlıq bomba daşıyıb

14-03-2022, 07:47           
Xorvatiyada qəzaya uğrayan PUA 120 kiloqramlıq bomba daşıyıb
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində qəzaya uğrayan sovet istehsalı olan PUA-da 120 kiloqramlıq aviabomba olub. “Report” xəbər verir ki, bu barədə Xorvatiyanın milli televiziyası “HRT” ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

PUA cümə günü gecə Xorvatiya paytaxtının rayonlarından birində yaşıllıq əraziyə düşüb, partlayış səsi eşidilib və dərin çuxur yaranıb.

Polis yaxınlıqda iki paraşüt tapıb. Ehtimallara görə, bu, Ukraynadan gələn Sovet istehsalı Tu-141 “Strij” PUA-sıdır. Dronun qalıqları çuxurdan çıxarılıb. Qeydlərin olduğu “qara qutu”da aşkarlanıb.

Qeyd olunub ki, PUA çuxura düşdüyündən partlayış yerin altında baş verib. Əgər aviabomba beton və ya asfaltın üzərinə düşsəydi, nəticələri fəlakətli olardı.

Xorvatiyanın müdafiə naziri Mario Banoziç hadisənin NATO tərəfdaşları ilə birlikdə araşdırıldığını deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru