Kreml Rmzan Kadırovun Ukraynada əməliyyatlarda iştirak etməsini şərh edib

14-03-2022, 17:00           
Kreml Rmzan Kadırovun Ukraynada əməliyyatlarda iştirak etməsini şərh edib
“Kremlin Ramzan Kadırovun Ukraynada əməliyyat zonasına səfər etməsi ilə bağlı məlumatı yoxdur”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov söyləyib.

Xatırladaq ki, martın 13-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun hərbi əməliyyatlarda iştirak etmək üçün guya Ukraynanın Kiyev vilayətinə səfər edib. O, qapalı məkandan videomüraciət yayımlayaraq “banderaçı” və “çeçendilli şeytanlar”ı cəzalandıracağını vəd edib və məqsədin Kiyevi ələ keçirmək olduğunu söyləyib.

Çeçenistan rəhbərinin Ukrayna ərazisində olması rəsmi olaraq təsdiqlənməsə də, Ukrayna Prezident Ofisinin rəsmisi Oleksiy Arestoviç buna münasibət bildirib: “Əgər o, həqiqətən də, Kiyev ətrafındadırsa, Ukrayna Silahlı Qüvvələri onu məhv edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru