Buraxılış imtahanları niyə 3 fənn üzrə keçirilir?

15-03-2022, 11:03           
Buraxılış imtahanları niyə 3 fənn üzrə keçirilir?
Dünya praktikasında olduğu kimi, Azərbaycanda da qeyd olunan 3 fənn - tədris dili, riyaziyyat və xarici dil 1-ci sinifdən 11-ci sinfə qədər tədris olunur və fənn kurikulumlar üzrə standartlarının tələblərinə əsasən həyati bacarıqlar əsasən bu fənlərin mənimsənilməsi nəticəsində əldə edilir. Ona görə də buraxılış imtahanları məhz bu 3 fənn üzrə keçirilir.

Bu sözləri Axar.az-ın sorğusuna cavab olaraq DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib.

O qeyd edib ki, DİM buraxılış imtahanlarını keçirməyə başlayanda bu məsələ Təhsil Nazirliyi ilə də razılaşdırılmışdı:

“Hazırda buraxılış imtahanı fənlərinə hər hansı dəyişikliyin edilməsi müzakirə edilmir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru