“Anonymous” Rusiya Təhlükəsizlik Xidmətinin saytını sındırdı - FOTO

15-03-2022, 17:43           
“Anonymous” Rusiya Təhlükəsizlik Xidmətinin saytını sındırdı - FOTO
“Anonymous” beynəlxalq haker qrupu Rusiya FTX-nin saytını sındıraraq “Rosneft”in məlumat bazasını ələ keçirib.

Bu barədə "Anonymous" "Twitter"dəki səhifəsinə istinadən məlumat yayıb.

""Anonymous" Rusiya hökumətinin saytlarına hücumları davam etdirir. Bu dəfə Federal Təhlükəsizlik Xidmətinin saytı sınıdırıldı”, - hakerlər bildiriblər.

Hakerlər həmçinin “Rosneft”in məlumatlarını ələ keçirib və işçilərin telefonlarından məlumatları siliblər.

Daha əvvəl “Anonymous” beynəlxalq haker qrupu Rusiyanın bütün dövlət telekanallarını sındırıb, bundan sonra onlar Ukraynadakı müharibə haqqında videolar yayımlamağa başlayıblar və rusları Ukraynadakı rus soyqırımına qarşı çıxmağa çağırıblar.

Kremlin “kiber müharibəsi” elan edildikdən sonra “Anonymous” haker qrupu Ukraynaya dəstək məqsədilə martın 5-dək Rusiya və Belarusda dövlət qurumlarının, KİV-lərin və s.-nin 2500-dən çox saytını sındırıb./"unikal"













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru