Ruslar əsir götürdükləri meri necə sərbəst buraxıb?

17-03-2022, 08:49           
Ruslar əsir götürdükləri meri necə sərbəst buraxıb?
Bir neçə gün öncə Rusiya hərbçiləri tərəfindən qaçırılan Melitopol meri İvan Fedorov sərbəst buraxılıb.

Teref.az “qafqazinfo”ya istinadən xəbər verir ki, merin necə sərtbəst buraxılmasına dair suala da aydınlıq gəlib.

Bu barədə Ukrayna Prezident Ofisinin mətbuat katibi Darya Zarivna açıqlama verib. Onun sözlərinə görə, İvan Fedorov 2002-2003-cü il təvəllüdlü, əsir götürülən 9 rus əsgəri ilə dəyişdirilib.

Zarivnanın sözlərinə görə, ruslar Federovu əməkdaşlığa cəlb etmək istəsələr də, buna nail ola bilməyiblər. Dövlət rəsmisi merin 5 gün əsirlikdə qaldığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru