Ukraynada mülki əhalidən Rusiya ordusuna gizli zərbə - 500-ə yaxın rus əsgərini tort və spirtli içki ilə zəhərlədilər, iki əsgər öldü…

4-04-2022, 10:59           
Ukraynada mülki əhalidən Rusiya ordusuna gizli zərbə -
Ukraynanın Rusiya ordusuna qarşı müqaviməti davam edir. Ukrayna Baş Kəşfiyyat İdarəsinin verdiyi son açıqlamada mülki şəxslərin Rusiya ordusuna vurduğu gizli zərbə ictimaiyyətlə paylaşılıb.

Açıqlanan məlumatda mülki şəxslərin Rusiya ordusuna verdiyi zəhərli tort və spirtdən yüzlərlə əsgərin xəstəxanaya yerləşdirildiyi bildirilib. Hadisə Xarkovda baş verib.

Məlumata görə, İzyum bölgəsində rus əsgərlərinin qarşısını almaq istəyən ukraynalılar əsgərlərə zəhərli tortlar və spirtli içkilər təklif edib. Ukraynalı mülki şəxslərin bu təklifini qəbul edən 2 rus əsgəri həyatını itirib, Ukrayna rəsmiləri yüzlərlə rus əsgərinin isə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Ukraynalıların işğalçılara qarşı hər vasitə ilə müqavimət göstərdiyini bildirən açıqlamada Rusiyanın bu vəziyyəti “döyüşsüz itkilər” kimi qeydə aldığı deyilir.

28 rus əsgərinin reanimasiyada olduğu bildirilir, bu vəziyyətdən təsirlənən əsgərlərin sayının isə 500-ə yaxın olduğu iddia edilir.
Mənbə: Bakixeber.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru