Qarabağda erməni tanklarının üzərinə niyə "Z" hərfi yazılıb? - İLGİNC

4-04-2022, 16:47           
Qarabağda erməni tanklarının üzərinə niyə "Z" hərfi yazılıb? - İLGİNC
Üzərində “Z” hərfi olan tankların Azərbaycana qarşı da istifadə olunduğu ortaya çıxıb.

Belə ki, son günlərdə Azərbaycanın 44 günlük Vətən müharibəsində ələ keçirdiyi hərbi texnikaların üzərində də “Z” hərfinin yazılması məlum olub.

Qeyd edək ki, Rusiya Ukraynada başlatdığı müharibənin ilk günündən üzərində “Z” və “V” hərfi olan hərbi texniklardan istifadə olunur. Məhz bunun Ukrayna Prezidenti Vladimir Zelenskiyə görə atılmış bir addım olduğu deyilirdi. Lakin Rusiya tərəfi bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Rəsmi Moskva isə Qərb Hərbi Dairəsinin (Западный военный округ) texnikaları üzərində hərbi dairənin ilk hərfi olan “Z” hərfinin yazıldığını açıqlayıb. Həmçinin, Rusiya Müdafiə Nazirliyi “Z”nin “Za pobedu” (“Qələbə uğrunda”), “V”nin isə “Sila v pravde” (“Güc həqiqətdədir”) və “Zadaça budet vıpolnena” (“Tapşırıq yerinə yetiriləcək”) mənasına gəldiyini bildirib.

Xatırladaq ki, Vətən Müharibəsindəki qələbədən sonra 10 dekabr 2020-ci ildə Azadlıq meydanında Zəfər paradı keçirilmişdi. Paradda müharibədə qənimət götürülmüş Ermənistan ordusuna məxsus texnikaların bir qismi də nümayiş etdirilmişdi. Həmin texnikalardan bəzilərinin üzərində də “Z” hərfi var. Bu, Rusiya Ordusuna məxsus hərbi texnikların ölkəmizə qarşı istifadə olunduğunu göstərir.

Maraqlıdır, Rusiyanın üzərində bu simvollar olan hərbi texnikalarını müxtəlif ölkələrdə də istifadə etməsinin səbəbi nədir? Teref.az-ın məlumatına görə, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, rus tanklarının üzərində hansı hərfin yazılması heç nəyi həll etmir:

“Bu simvollarla bağlı çox söz-söhbətlər var, bunlara o qədər də əhəmiyyət verməyin tərəfdarı deyiləm. Ümumiyyətlə, Rusiya nə işarəsi istəyir istifadə edə bilər. Lakin fakt odur ki, rus ordusu Ukraynada çox böyük biabırçılıqla üzləşib. Demək olar ki, onların hərbi texnikaları darmadağın edilib.

Hesab edirəm ki, bu simvollar həm 44 günlük Vətən müharibəsində, həm də Ukrayna müharibəsində özünü doğrulda bilmədi. Əslində bu, Rusiya dövləti və ordusu üçün uğursuzluq simvoludur. Lap tankların üzərində Putinin “P” hərfini də yazsalar, heç nə dəyişməyəcək. Bir ordu işğalçılıq niyyətləri ilə başqa ərazilərə soxulursa, onun heç bir effekti olmayacaq. Onların simvollarının istifadə olunduğu texnikaları İkinci Qarabağ müharibəsində də gördük. İndi isə Ermənistana, Tacikistana və ya başqa bir ölkəyə verdiyi texnikaların üzərində də müəyyən işarələr və ya simvollar yaza bilər. Lakin nəticəyə təsir göstərən bunlar deyil, insanların döyüş bacarıqları və hərbi hazırlığıdır.

Ümumiyyətlə, Ermənistana verilən hərbi texnikaların üzərində hansısa simvolların olması Rusiyanın hərbi gücünün göstəricisi demək deyil. Hətta Rusiyanın bundan sonra bu simvollardan istifadə edəcəklərini düşünmürəm. Çünki artıq son iki müharibədə çox pis vəziyyətdə qalıblar. Rusiya Ordusu 40 gün ərzində özünü rüsvay etdi. Hətta bu simvollar rus ordusuna qarşı bir nifrət formalaşdırıb”.
P.S.Teref.az olaraq bu məsələni mediada ilk dəfə qabardan sayt olaraq o zamanda bu sualı qoymuşduq. Əslində Üzeyir bəy bu sualdan məharətlə yayına bildi! Biz isə sualı belə qoymuşduq.Bu işaərələrin eyni olması bu texnikanın eyni bokslardan çıxmağına dəlalət etmir? Hələlik bu sualın cavabı verilməyib...
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.