"Kadırovun yaydığı döyüş kadrları saxtadır, səhnələşdirilir" - VİDEO

5-04-2022, 12:34           
"Kadırovun yaydığı döyüş kadrları saxtadır, səhnələşdirilir" - VİDEO
“Kadırovçu”ların (Çeçenistan rəhbəri Rmazan Kadırovun döyüşçü dəstələri) yayımladıqları videolardan Ukraynanın Mariupol şəhərinə nəzarəti imitasiya etdikləri ortaya çıxıb.
Teref.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə “slidstvo.info” məlumat yayıb.
Bildirilib ki, jurnalistlər çeçenlərin videogörüntülərini araşdırıb və onların çəkildiyi yerləri tapıblar. Xüsusilə, Kadırovun Mariupolun tutulması ilə öyündüyü iddia edilən videolardan biri şəhərin kənarında - Rusiya sərhədinə daha yaxın olan Levoberejnı rayonunda lentə alınıb.
Qeyd olunur ki, “Kadırovçu”ların boş yaşayış binasına atəş açdığı video da həmin ərazidə lentə alınıb. Maraqlıdır ki, martın 24-də Kadırov Levoberejnının təmizlənməsinin başa çatdığını elan etsə də, bir neçə gün dalbadal oradan videolar yayımlayıb - həm martın 28-də, həm də 29-da.
Jurnalistlərin araşdırma videosunu təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru