Arıqlamaq istəyənlərə səhər yeməyi üçün ən pis seçim açıqlanıb - FOTO

6-04-2022, 10:27           
Arıqlamaq istəyənlərə səhər yeməyi üçün ən pis seçim açıqlanıb - FOTO
Şəkərli qidalar arıqlamaq istəyənlər üçün ən pis səhər yeməyi seçimidir.

Amerikalı diyetoloq Laura Burak bu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, arıqlama zamanı təkcə fiziki fəaliyyətə deyil, səhər yeməyinə də diqqət yetirmək, sağlamlığa faydası olmayan qidaların qəbulunu məhdudlaşdırmaq lazımdır. Xüsusilə artıq çəki ilə mübarizədə şirniyyatdan imtina etmək daha yaxşıdır.

Diyetoloqun fikrincə, ən pis səhər yeməyi kömbədir.

“Səhərlər ilk növbədə tərkibində şəkəri çox olan qidaların qəbulu qan şəkərinə, aclıq hissinə təsir edir və günün qalan hissəsində yemək istəyini artırır”, - deyə o bildirib.

O, səhərlər şirniyyatdan imtina etməkdə çətinlik çəkənlərə səhər yeməyinə proteinlə zəngin qidalar əlavə etməyi tövsiyə edib.

“Belə qidalar növbəti öynəyə qədər qan şəkərini sabitləşdirməkdə kömək edə bilər”, - deyə o bildirib.

Mənbə: Eat This, Not That!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru