Bilirdim ki, viza alınmayacaq, pullarını götürüb qaçdım - Türkiyədə tutulan şəxs

6-04-2022, 12:11           
Bilirdim ki, viza alınmayacaq, pullarını götürüb qaçdım - Türkiyədə tutulan şəxs
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqdatəqsirləndirilərək Türkiyədən Azərbaycana ekstradisiya edilənRövşən Zalovun işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi iləkeçirilən prosesdə təqsirləndirilən şəxs Rövşən Zalov sərbəst ifadəverib.

O dələduzluğu bilərəkdən törətdiyini etiraf edib. Bildirib ki,əvvəllər müxtəlif işlərdə çalışsa da, sonradan atasının rəhbərliketdiyi su filtrlərinin satışı şirkətində işləyib. "Orada işləyəndəNərminə Dadaşova ilə tanış oldum. Sonra onun vasitəsilə Akifitanımışam. Akifə söz verdim ki, ona viza düzəldəcəyəm. Bu məqsədləondan 21 min manat almışam. Düşünürdüm ki, səfirlikdə adam tapıbona saxta viza düzəltdirəcəyəm. Elə oldu ki, işlər alınmadı, mən dəpulu xərcləmişdim. Məcbur olub, bilet alıb Türkiyəyə qaçdım. Akifinşikayəti əsasında məni İnterpol vasitəsilə axtarışa verdilər.2021-ci ildə Türkiyədə Atatürk Hava Limanında yaxalandım və Bakıyaekstradisiya olundum", - deyə təqsirləndirilən şəxs bildirib.

Təqsirləndirilən şəxs bildirib ki, həmçinin o Yeganə adlı xanımıda viza almaq adı ilə aldadaraq 6 min manat alıb: "Həmin puluAkifdən götürmüşəm. Mən Akifə yalandan demişdim ki, Macarıstansəfirliyində tanışım var. Pulla saxta viza ala bilərəm. O da Yeganəxanımdan 6 min alıb mənə verdi. Amma heç biri alınmadı. Ona görə dəölkədən qaçdım. Çünki verilən pulları yemişdim.

Daha sonra Nəbi adlı şəxsdən də Akifin vasitəsilə 9 min manatalmışam. Söz vermişdim ki, viza alıb Nəbi və onun ailəsiniMacarıstan səfirliyi vasitəsilə Almaniyaya keçirəcəyəm. Əvvəlcədənbilirdim ki, bu iş alınmayacaq, amma pul lazım olduğu üçündələduzluq elədim".

Proses aprelin 13-də davam etdiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş MütəşəkkilCinayətkarlıqla Mübarizə idarəsinin İstintaq şöbəsinin icraatındaolan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişZalov Rövşən Azad oğlunun - 2017-ci il ərzində Bakı şəhərində özünüturizm şirkətinin rəhbəri kimi təqdim edərək Almaniyada yaşayıbişləmək üçün viza açdırmağı və göndərəcəyini vəd edərək etibardansui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan birqrup şəxslə özgənin əmlakını (pul vəsaitlərini) ələ keçiribzərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarəndəladuzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zalov Rövşən Azad oğlu barəsində beynəlxalq axtarış elanedilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə BaşProkurorluğun Türkiyənin Baş Prokurorluğuna etdiyi sorğu təminedilməklə Zalov Rövşən Azad oğlu Ədliyyə Nazirliyinin PenitensiarXidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiyaedilib.

R. Zalov Cinayət Məsəlləsinin 178-ci(dələduzluq) maddəsi iləittiham olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.