Azərbaycanda neçə nəfər Paşinyanın adını uşağına verib? – Rəsmi məlumat

6-04-2022, 17:07           
Azərbaycanda neçə nəfər Paşinyanın adını uşağına verib? – Rəsmi məlumat
Son 5 ildə Azərbaycanda yeni doğulan 6 uşağa Nikol adı qoyulub.


Modern.az saytı bu barədə Ədliyyə Nazirliyindən məlumat əldə edib. Nazirliyin məlumatına görə, Nikol adı verilən körpələrin 2-si 2018-ci ildə, 2-si 2019-cu ildə, 2-si isə 2020-ci ildə doğulub.

Qeyd edək ki, Azərbaycanda Nikol adı məhz 2018-ci ildən sonra tanınmağa başlayıb. Buna səbəb elə həmin ilin mayında Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gələrək, baş nazir seçilməsi olub. Nikol adı xüsusilə 2020-ci ildə – 44 günlük Vətən müharibəsi dövründə daha “populyarlaşdı”. Həmin vaxt Azərbaycanda hətta erməni baş nazirə meyxana da qoşublar.

Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 7 uşağa Nikoloz, 3 uşağa Nikolay, 1 uşağa isə Nikolas adı verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru