Rusiya BMT-dən çıxarıla bilməz - Hüquqi mexanizm yoxdur - Hüquqşünas

7-04-2022, 12:33           
Rusiya BMT-dən çıxarıla bilməz - Hüquqi mexanizm yoxdur - Hüquqşünas
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması üçün çağırış edib.
Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında videoformatda çıxışında Ukraynanın hər zaman başqa ölkələrin çətin vaxtlarında yanında olduğunu bildirib: “Ona görə də bu gün Ukraynanın haqqı var BMT Təhlükəsizlik Şurasından tələb etsin ki, Ukraynada sülhün təmin olunması ilə bağlı qərar versin. Əgər siz qərar verə bilmirsinizsə, o zaman iki şey edə bilərsiz: təcavüzkar olan Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarın ki, o, veto hüququndan istifadə edə bilməsin. Və digər seçim, əgər müzakirə etməkdən başqa əlinizdən bir iş gəlmirsə, özünüzü buraxın. Ukrayna sülh istəyir, Avropa sülh istəyir və ən əsası dünya sülh istəyir­".

Məsələyə münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Bakupost.az -a açıqlamasında deyib ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasının üzvülüyündən çıxarmağın hüquqi mexanizmi yoxdur. Bu, səsvermə yolu ilə həll oluna bilməz. Bunun üçün nizamnamədə dəyişiklik edilməlidir. BMT nizamnaməsinin 108-ci maddəsinə əsasən dəyişiklik üzv dövlətlərin üçdə ikisinin dəyişikliyi ratifikasiya etməsindən və BMT Təhlükəsizlik Şurasının üzvlərinin üçdə ikisinin, o cümlədən beş daimi üzvün hamısının səsverməsindən sonra qüvvəyə minir: “Bütün pros­edurlar keçilsə belə, Rusiya öz əleyhinə səs verməsə, dəyişiklik qəbul oluna bilməz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.