Amerikalıların tutduğu ən məşhur rus casusu öldü - Sovet İttifaqı Qəhrəmanı idi

7-04-2022, 14:49           
Amerikalıların tutduğu ən məşhur rus casusu öldü - Sovet İttifaqı Qəhrəmanı idi
Məşhur qeyri-leqal kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Mixail Vasenkov 80 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.

Əməkdar veteran aprelin 6-na keçən gecə dünyasını dəyişib.

Mixail Vasenkov 9 oktyabr 1942-ci ildə Moskva vilayətindən olan fəhlə ailəsində anadan olub. 1968-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi rezerv siyahısına yazılıb. Yeniyetməlik illərindən ispan və ingilis dillərini öyrənib. O, qeyri-leqal rezidentura yaradıb və ona rəhbərlik edib. Rəhbərliyin sanksiyası ilə Vasenkov əcnəbi qadınla evlənib.

1990-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, həmçinin “İgidliyə görə”, Lenin, Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri ilə təltif edilib.

2004-cü ildə hərbi xidmətdə olmanın son yaş həddinə çatan Vasenkov polkovnik rütbəsi ilə ehtiyata buraxılıb.

M.Vasenkov 2010-cu ildə xaricdə olarkən ABŞ-a qaçan keçmiş kəşfiyyatçı Aleksandr Poteyevin xəyanəti üzündən Amerika xüsusi xidmət orqanları tərəfindən tutulub. İkitərəfli danışıqlardan sonra Vasenkov mübadilə nəticəsində azadlığa buraxılıb.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin 2020-ci ilin yanvarında Rusiyanın təhlükəsizliyinə mühüm töhfə verən 7 kəşfiyyatçının adını açıqlamışdı. O, kəşfiyyatçıların hər birinin üzərindən məxfilik qrifinin götürüldüyünü bildirmişdi.

S.Narışkinin adlarını açıqladığı 7 kəşfiyyatçı arasında Mixail Vasenkovun da adı var idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.