“RUSLAR OĞLUMU “KİSLOTA” İLƏ AXTALAYACAQLARINI DEYİRLƏR...” - Yefrosinina işğalçıların qəddarlığından danışdı

7-04-2022, 16:42           
“RUSLAR OĞLUMU “KİSLOTA” İLƏ AXTALAYACAQLARINI DEYİRLƏR...” -
Ukraynalı teleaparıcı Maşa Yefrosinina Rusiyanın Ukraynaya təcavüzü başlayandan bu ölkəyə qarşı informasiya müharibəsi aparır.

Qafqaz.media xəbər verir ki, o, sosial şəbəkələrdə Ukraynadakı müharibə və rus işğalçılarının şəhərləri necə dağıdıb, dinc əhalini vəhşicəsinə qətlə yetirməsi haqqında həqiqətləri danışır.

“Əgər ukraynalılar bu kadrlara baxaraq göz yaşlarına boğulur, sonra qalxıb Ukrayna ordusuna və qaçqınlarına kömək etməyə gedirlərsə, zombiləşmiş ruslar isə bir şeyi təkrarlayırlar: “Bu, saxtadır”.

Onlar nəinki etiraza çıxmırlar və Rusiya hakimiyyətini Ukraynada müharibəni dayandırmağa çağırmırlar, həm də bütün dünyaya çatmağa çalışan ukraynalı məşhurlara qəzəbli şərhlər yazırlar”, - deyə Maşa Yefrosinina yazır.

Yefrosinina bildirib ki, ruslar ona sosial şəbəkələrdə hədələyir. Ən yaddaqalan və dəhşətli şərhlərdən biri də oğlu İsgəndərə qarşı amansız işgəncə növü ilə hədələnməsidir.

"Onlar oğlumu “kislota” (kimyəvi turşu) ilə axtalayacaqları ilə hədələyirlər", - deyə teleaparıc bildirib.

Xatırladaq ki, daha əvvəl Maşa Yefrosinina rusiyalı ulduzların niyə etiraza çıxmadığını açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru