Putin keçmiş həyat yoldaşını “tarixdən necə silib?”
7-04-2022, 17:42
Rusiya Prezidenti Vladimir Putin şəxsi həyatını kilid altında saxlayır. Lakin bu, jurnalistlərə onun həyatının yeni təfərrüatlarını öyrənməyə mane olmur.
TNS xəbər verir ki, bu barədə express.co.uk saytında dərc edilən məqalədə bildirilir.
Qeyd olunur ki, Putin qanuni həyat yoldaşı Lyudmila ilə teatrda tanış olub. Onların nikahı 30 il davam edib. Birlikdə yaşadıqları müddətdə bir neçə dəfə Putinin iş görüşlərində birlikdə görünüblər. O, həmişə həyat yoldaşını ictimaiyyətdən gizlətməyə çalışıb.
2013-cü ildə Lyudmiladan boşandıqdan sonra Putin onu tərcümeyi-halından “silmək” üçün əlindən gələni əsirgəmir.
"Boşandıqdan sonra Kremlin saytının xəbər lentindən Lyudmila haqqında bütün qeydlər silindi. Və o, tamamilə qaranlıq qaldı. Qanuna görə, o, Putinin 102 min dollarlıq rəsmi maaşının yarısına qədər almaq hüququna malik ola bilər. Lakin boşanma proseduru ilə bağlı heç bir təfərrüat yoxdur. Putin elə bil Rusiyanı yaradıb ki, orada insanları, köhnə günlərdə olduğu kimi, sadəcə olaraq, tarixdən fotoşopla silə bilirlər”, – müəlliflər yazır.
Hal-hazırda Lyudmila Putinanın harada olması haqqında məlumat yoxdur.