İnsan yuxusunun 16 müxtəlif forması tapıldı

8-04-2022, 08:49           
İnsan yuxusunun 16 müxtəlif forması tapıldı
Yapon alimləri insan yuxusunun 16 tipini, yuxusuzluğu isə 7 formasını aşkar ediblər.
Bakupost.az xəbər verir ki, mütəxəssislər Böyük Britaniyanın 100 min vətəndaşının yuxu fazalarını və oyaq vaxtını xüsusi elektron cihaz vasitəsilə təhlil ediblər.
Belə ki, bu qədər insanın biləyinə elektron bilərzik taxıb, onların yuxu və oyaqlıq anında aktivliyini qeydə alıblar.
Nəticədə alimlər insan yuxusunun 16 fərqli fenotipini aşkarlayıblar.
Onların arasında təkcə yuxusuzluğun 7 tipi də var. Eləcə də yuxuların növləri, gecə və gündüz xronotipi, gecə gec yatanların, səhər gec oyananların yuxusunun fərqi aşkarlanıb.
Bir çox insanlarda daxili təbii yuxu ritmi pozulub, sosial həyatdan asılı olaraq yuxu və oyanmada problemlər yaşanır.
Alimlər hesab edir ki, bu kəşflə insan yuxularının genetik, biotibbi və digər faktorları araşdırıla bilər, insanın necə yatmasına, yuxusuna əsasən onun problemlərinin səbəbi tapıla bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru