Rusiyada oğurluğa qarşı qeyri-adi tədbirlər - FOTO

9-04-2022, 10:24           
Rusiyada oğurluğa qarşı qeyri-adi tədbirlər - FOTO
Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı müharibə fonunda RF şəhərlərində ərzaq dükanlarında oğurluq halları artıb. Mağaza sahibləri də belə halların qarşısını almaq üçün qeyri-adi üsula əl atıblar.

Məsələn, Sankt-Peterburq şəhərindən paylaşılan görüntülərdə yağların “anti-oğru” müdafiəsi ilə qorunduğu əks olunub. Fotolarda bu cür məhsulların plastik keyslərə yığıldığı görünür. Hətta qiyməti 95 rubl (iki manat) olan ən ucuz yağ da belə qabda satılır.

Ərzaqlardan başqa, ülgüclər və ətir kimi bahalı mallarda da belə qablaşdırmalar var.

Eyni hallar İjevskdə də müşahidə olunub.




Mənbə: ivbg.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru